Myanmada “Yaqi” qasırğasının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 74 nəfər ölüb, 89 nəfər itkin düşüb.

Bu barədə Myanmanın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, daşqınlar nəticəsində 240 minə yaxın Myanma sakini evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan başqa Myanmada Mandalay və Baqo əyalətlərinin mərkəzi bölgələrində, eləcə də Şan əyalətinin şərq hissəsindəki alçaq ərazilər su altında qalıb, ən çox ziyan isə paytaxt Neypidoya dəyib.

İstinadlar Report