Myanmada “Yagi” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı 293 nəfər ölüb, daha 89 insan itkin düşüb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, daşqınlar ölkənin bütün bölgələrində və ştatlarında onlarla şəhərə ziyan vurub.

Daşqınlar nəticəsində 310 min hektardan çox əkin sahəsi su altında qalıb, 129 150 baş mal-qara tələf olub.

İstinadlar Report