Myanmanın yeddi şəhərində hərbi çevrilişə qarşı etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə azı 17 etirazçı ölüb.

Bunu “Mizzima” portalı xəbər verib.

Bildirilib ki, Yanqon və Tavo şəhərində dörd nümayişçi, Pequ şəhərində üç, Mandalae və Pakxouku şəhərlərinin hər birində iki nümayişçi öldürülüb.

Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.

İstinadlar Report