
Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığıma təsir göstərib.
Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və ölkənin işçi qüvvəsinin üçdə birindən çoxu bu sahədə çalışır:
“Amma Azərbaycanda son illərdə yağıntılar orta hesabla demək olar ki, 10 % azalıb. Bu, məhsuldarlığa və məhsul yığımına təsir göstərib. Bunda başqa, unikal ekosistemi olan Xəzər dənizi quruyur. Xəzərdə su səviyyəsinin azalması dəniz və sahil ekosistemlərinə, həmçinin biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərib”.
O əlavə edib ki, bu istiqamətdə tədbirlər görülməsə, bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək: