Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş ilə görüşüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.