Ermənistanda iqtidarda olan rejimin hakimiyyətdən kənar edilməsi ölkədə sabitliyi qurmağa imkan verəcək.

Bu barədə Ermənistanın müxalif Vətən Partiyası bəyan edib.

“İşgəncələri və qanunsuz saxlanılmaları qəti şəkildə pisləyirik, qeyri-qanuni saxlanılmış şəxslərin təcili azad olunmasını tələb edirik. Yenidən təsdiqləyirik ki, yalnız mövcud rejimin hakimiyyətdən dərhal kənarlaşdırılması ölkədə sabitlik və əmin-amanlığın bərqərar olmasına imkan verəcək”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın rəhbərlik etdiyi partiya bildirib.

“Ermənistanın baş naziri vəzifəsini tutan şəxsin Sünik əyalətinə səfəri daxili siyasi gündəmi dəyişdirməyə yönələn planlı təxribat idi”, – partiyadan bildirilib.

İstinadlar Report