
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna Azərbaycan işarət dili anlayışı əlavə edilir.
Bununla əlaqədar təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.
Dəyişiklik barədə danışan komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu, tamamilə yeni mexanizmdir: