Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq
  • KİV: ABŞ-nin hərbi helikopterindən Yaponiyaya pirotexniki çanta düşüb
  • KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib
  • NATO Yaponiya, Cənubi Koreya və Avstraliya liderlərini iyun sammitinə dəvət edəcək
  • Gündə bir qədəh qırmızı şərab içsəniz…
  • Bu il “Green Card” udan azərbaycanlıların – Sayı
  • KİV: Britaniya sakini məhkəmə səhvi ucbatından 38 il həbsxanada yatıb
  • Meksika sahillərində 5,9 maqnitudada zəlzələ baş verib
  • Türkiyədə 6 ballıq zəlzələ oldu
  • Pentaqon rəsmisi ABŞ və Rusiya arasında birbaşa münaqişənin olacağını güman edir
  • Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq
  • KİV: ABŞ-nin hərbi helikopterindən Yaponiyaya pirotexniki çanta düşüb
  • Gündə bir qədəh qırmızı şərab içsəniz…
  • Bu il “Green Card” udan azərbaycanlıların – Sayı
  • Pentaqon rəsmisi ABŞ və Rusiya arasında birbaşa münaqişənin olacağını güman edir
  • Yəmən husiləri İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər
  • ABŞ Dövlət Departamenti: Rusiya-Ukrayna görüşü sülhə nail olmaq üçün “kritik fürsətdir”
  • İsrail Ordusu HƏMAS-ın yeraltı qərargahına zərbələr endirib, 16 nəfər ölüb, 70 nəfər yaralanıb
  • ABŞ Suriyaya qarşı olan bütün sanksiyaları ləğv etdi
  • ABŞ İrandan Çinə neft tədarük ednərlərin “beynəlxalq şəbəkəsinə” sanksiya tətbiq edib
  • Saakaşvilinin oğlu da hakimiyyətə qarşı mübarizədə iştirak edir
  • Azərbaycanda nazir COVID-ə yoluxdu
  • ABŞ-nin xüsusi elçisi: Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək
  • ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb
  • Merts: Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır
  • Yeni hərbi prokuror kimin qohumudur?
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO
26/05/2024 10:32
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video
13/05/2025 14:32
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
13/05/2025 11:34
Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video
13/05/2025 09:59
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
12/05/2025 16:23
Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
12/05/2025 10:08
Ötən həftə 16 azyaşlı xilas olunub – Video
12/05/2025 10:02
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
11/05/2025 15:50
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video
11/05/2025 12:38
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video
11/05/2025 10:35
Prezidentin bugünkü çıxışının – Videosu
10/05/2025 23:17
Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video
10/05/2025 11:59
Polis Akademiyasının kursantlarından fləşmob – Video
10/05/2025 09:38
Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO
09/05/2025 21:55
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO
09/05/2025 20:26
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO
09/05/2025 19:38
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar
09/05/2025 13:35

Video xəbərlər

  • “Avtoş”luq edən şəxs həbs olundu – Video
  • Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
  • FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
  • Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
  • Sumqayıtda yanğın – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

14/05/2025
23:33 Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb
23:28 ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
23:26 Uruqvayda matəm elan edildi
22:50 Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
22:35 “Həmin bloqerlər pulun leqallaşdırılmasında iştirak edirlər”
22:32 ABŞ “G20” sammitində iştirakdan imtina edib
22:17 Liviyada toqquşmalarda azı 6 nəfər ölüb
21:53 Bakıya güclü yağış yağır
21:50 Çadda təyyarə qəzaya uğrayıb, ölənlər var
21:41 Merts: Rusiya-Ukrayna münaqişəsinin nəticəsi bütün Avropanın taleyini həll edəcək
21:26 Oğuz Ayvazın yeni romanı işıq üzü gördü
21:19 Tramp Qətər Əmiri ilə Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə edib
21:17 Azərbaycana belə təşəkkür etdilər – Foto
21:14 Ümumdünya Poçt İttifaqı ilə e-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib
20:50 Pakistanın nüfuzlu institutu həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq fləşmobu təşkil edib
20:38 NATO Baş katibi: Yaxın iki həftə ərzində Ukraynada vəziyyət yaxşılaşa bilər
20:22 Mirzoyan onunla sülh müqaviləsindən danışıb
20:20 ABŞ-nin konsaltinq şirkəti ilə ölkə iqtisadiyyatında ixracın artırılması müzakirə edilib
20:08 Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar
19:59 Elnur Soltanov: “Yaşıl enerji” istehsalına yatırılan hər dollar üçün orta hesabla 33 sent əlavə xərc tələb olunur”
19:53 ABŞ və Qətər müdafiə və aviasiya sahələrində saziş imzalayıb
19:50 Lavrov Ukrayna ilə bağlı danışıqlarda Rusiyanı təmsil etməyəcək
19:37 Şahbaz Şərif Pakistanla həmrəylik və dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
19:35 Rubio və Uitkoff Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gedəcək
19:32 Rusiya Hüseyn Həsənovu axtarışa verdi
19:17 Yeni sədr də “Georgi lenti” taxıbmış… – Foto
18:59 İranda qum fırtınası səbəbindən məktəblər bağlandı
18:53 Türkiyənin Konya şəhərində sərnişin avtobusu aşıb, 13 nəfər yaralanıb
18:32 Müəllimlərin imtahanının vaxtı ilə bağlı daha bir açıqlama
18:23 Rusiya Sumıya raket zərbəsi endirib, 2 nəfər ölüb
18:20 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
18:10 Paytaxtın bu ərazilərində qaz olmayacaq
18:08 “Masdar”: “Azərbaycan “yaşıl enerji” investorları üçün cəlbedici bazara çevrilir”
18:02 İlham Mirzəliyevin Lerikdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
17:50 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
17:44 Nazir müavini: “Azərbaycanın “mavi hidrogen” istehsalı sahəsində rəqabət üstünlüyü var”
17:41 “Azera Holdinq” “Caspian Agro” 2025 Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində – Fotolar
17:37 Xəstəxanada müayinə zamanı öldü
17:35 ABŞ Prezidenti: Suriyalı həmkarımla görüş əla keçdi
17:31 Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə dəymiş ziyanın ödənilməsi tələb olunub
17:29 Trampın Türkiyəyə yaxın günlərdə səfər edəcəyi gözlənilir
17:08 11-ci sinif şagirdini maşın vurub öldürdü
17:04 Hakan Fidan ukraynalı həmkarı ilə Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlığı müzakirə edib
17:02 Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
16:56 Elnur Soltanov: “Azərbaycan enerji sektorunu “yaşıl iqtisadiyyat” məqsədlərinə uyğun yenidən qurur”
16:47 25 mayda imtahan verəcək abituriyentlərin nəzərinə!
16:42 Hakan Fidan: İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib
16:41 Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 83 min barel geri qalıb
16:37 FAO Azərbaycanda torpaqların konsolidasiyasına və kooperativ hərəkatının inkişafına dəstək verəcək
16:35 Şahdağa qar yağır
16:22 Rusiya XİN: 2022-ci ildə İstanbulda razılaşdırılmış mətn münaqişənin həlli variantı ola bilər
16:20 Nazir müavini: “Azərbaycan Latviya ilə əməkdaşlığa dair bütün təşəbbüsləri dəstəkləyir”
16:19 Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib
16:17 Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
16:14 “Avtoş”luq edən şəxs həbs olundu – Video
16:08 BP Azərbaycanda investisiya qoyuluşunun məbləğini açıqlayıb
16:06 “Mənim yazıb-yaradan vaxtımdır, götürüb salıblar Kürdəxanıya, nə var-nə var drel demişəm”
16:05 İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı – Foto
15:41 Tramp İranı Yaxın Şərqdəki hərbiləşdirilmiş qruplaşmalara dəstəyi dayandırmağa çağırıb
15:38 Ermənistan XİN-dən sülh sazişi ilə bağlı daha bir açıqlama

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

Multimedia 26/05/2024 10:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

28 May – Müstəqillik Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsinin yaranmasının 32-ci ildönümü münasibətilə “Açıq qapı” günü keçirilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələri, media mənsubları, şəhid ailələri və hərbi qulluqçuların yaxınlarının iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Müdafiə nazirinin və Nazirliyin digər rəhbər heyətinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması qeyd edilərək, Ordumuzun daima ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.

İştirakçılara hərbi hissənin yaranması və döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə hərbi hissənin bir çox hərbi qulluqçusu müxtəlif orden və medallar ilə təltif olunub.

Oxumağa dəyər:   Gündə bir qədəh qırmızı şərab içsəniz...

Sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.

Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Rəsmi hissə başa çatdıqdan sonra hərbi hissənin komandanlığının iştirakı ilə hərbçilər və qonaqlar üçün bayram süfrəsi təşkil edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Multimedia 13/05/2025 14:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Multimedia 13/05/2025 11:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.

Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.

Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.

Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Multimedia 13/05/2025 09:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.

Səlbi dünən Bakıda dəfn edilib.

Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.

Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Multimedia 12/05/2025 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.

Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.

Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.

Oxumağa dəyər:   Ötən il 11 insan alverçisi haqqında məhkəmədə ittihamedici hökmlər çıxarılıb

Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.

Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.

Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.

Oxumağa dəyər:   Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub

Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Multimedia 12/05/2025 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.

Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.

Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.

Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.

Oxumağa dəyər:   Somali rəsmisi: "COP29-un nəticələri qlobal səyləri gücləndirəcək"

“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.

Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Multimedia 12/05/2025 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Multimedia 11/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.

“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.

Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.

Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.

Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.

Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Multimedia 11/05/2025 12:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Multimedia 11/05/2025 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Bu FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü çıxışının – Videosu

Multimedia 10/05/2025 23:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Multimedia 10/05/2025 11:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır.

Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Onun sözlərinə görə, aktyorun yeganə övladı uzun müddət öncə Azərbaycandan gedib: “Niyə görə gedib? Küsüb gedib? Nə baş verib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və nə üçün qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsələr də, qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Ceyhun qızı Mirzəyeva …”

Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat edib.

Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.

Daha ətraflı videomaterialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Multimedia 10/05/2025 09:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Polis Akademiyasının kursantları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan fləşmob keçiriblər.

Fləşmobda “Tarix yazan lider, tarix yazan imza” və “Əbədi yaşa, Ümummilli Liderimiz” kompozisiyaları nümayiş olunub.

Fləşmob videosunu təqdim edirik:






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Multimedia 09/05/2025 21:55
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verilib.

Səfər zamanı lentə alınan kadrlarda Prezidentlə xanımının səmimi görüntüləri də yer alıb.

Görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Multimedia 09/05/2025 20:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Multimedia 09/05/2025 19:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi elmi tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Pakistan nümayəndə heyətini salamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Multimedia 09/05/2025 13:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. 

Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
Hadisə 07/05/2025 11:18

Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO

Read more
Multimedia 06/05/2025 23:59

Arzusu vəkil olmaq imiş… – Video

Read more
Multimedia 06/05/2025 21:38

Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü – Video

Read more
Multimedia 06/05/2025 15:29

Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət – Video

Read more
Multimedia 06/05/2025 14:08

Leyla Əliyevanın şir balası ilə maraqlı – Görüntüləri – VİDEO

Read more
Multimedia 06/05/2025 10:53

Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 06/05/2025 09:58

Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş – Video

Read more
Multimedia 06/05/2025 09:29

“Şəhidlər ölməz, vətən bölünməz” – Hərbçilərimiz Moskva küçələrində-Video

Read more
Multimedia 05/05/2025 23:35

Rusiyaya getmək çətinləşir – İyunun 30-dan kod alınmalıdır+Video

Read more
Multimedia 05/05/2025 21:53

Bu evlər təhlükə altındadır – Video

Read more
Multimedia 05/05/2025 15:44

Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – Foto – VİDEO

Read more
Multimedia 05/05/2025 14:17

“Ulu Vətən” ifası ilə bütün zalı ayağa qaldırdı – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla