“Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzərdən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq”.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop TürkPA-ya üzv ölkələr arasında əlaqələrdən danışarkən deyib.

TBMM sədri qeyd edib ki, TürkPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb edir.

“Ticarət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, müdafiə sənayesi və bir çox başqa sahələrdə bütövlükdə daha çox inkişaf etdirilməsi üçün hələ çox uzun bir yol var. Türk dövlətləri olaraq güclü varlığımızla beynəlxalq sistemi ikili standartlardan uzaq, ədalətə əsaslanan bir quruluşa gətirməyə çalışmalıyıq”, Mustafa Şentop vurğulayıb.

O, qeyd edib ki, türkdilli ölkələrin bir çox sahədə potensialının indiki səviyyədən qat-qat üstündür.

İstinadlar Report