FETÖ-çülərin çevrilişin bir tamaşa, özlərinin isə “qurban” olduğuna dair iddiaları tamamilə yalandır. Hazırda FETÖ-nün çevriliş cəhdi ilə əlaqədar həbs edilənlərin sayı 13 min nəfərə yaxındır. Bu istiqamətdə proses hələ davam edir.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri, 1-ci dərəcəli polis rəisi Mustafa Çakır Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin binasında keçirilən “15 iyul Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü” konfransında çıxışı zamanı deyib.

M.Çakır bildirib i, FETÖ 15 iyul çevriliş cəhdindən əvvəl də bir sıra aksiyaların tərtibçisi olub:

“Torpağımızı Vətən etmək üçün yola düşən türkiyəli, azərbaycanlı, kiprli şəhidlərimizə Allah rəhmət eləsin. Mən hadisənin daha kriminal tərəfindən danışmaq istəyirəm. Bu imperialistlər 15 iyulda, vaxtı çatanda nələr edə biləcəklərini göstəriblər. Onlar Baş nazirin iqamətgahına səsdinləyici cihaz yerləşdirmişdilər. 2013-cü ilin may ayındakı “Gezi parkı” aksiyalarının kökündə də FETÖ dayanıb”.

“Çevriliş cəhdinin bir tamaşa olduğu və özlərinin də qurban edildiyinə dair iddiaları tamamilə yalandır. 15 iyulda Türkiyə Cümhuriyyətinin dəyərlərinə qəsd həyata keçirilib. FETÖ daxilində xəbərləşmə olduqca məxfi aparılıb, aparılır. Ona görə də FETÖ-yə kriptotəşkilat deyilir. Onlar fəaliyyətlərini ierarxiya formasında davam etdirməkdədirlər”, – o qeyd edib.

Səfirliyin müşaviri çevriliş cəhdi nəticəsində şəhid olanlarla bağlı statistik məlumatlara da diqqət çəkib:

İstinadlar Report