Rusiya -Ukrayna münaqişəsi Azərbaycanda qida sektorunda fəaliyyət göstərən şirkətlər üçün sıxıntılar yaradıb.

Bunu Azərbaycanda fəaliyyət göstərən, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəsad Cabirli deyib.

Onun sözlərinə görə, bu müharibənin nəticəsini təəssüflə qarşılayırıq: “Lakin geosiyasi dəyişikliklər Azərbaycan və Türkiyə üçün böyük imkanlar yaradır və üçüncü ölkələrə çıxış imkanlarını artırır. Üzvlərimiz arasında Ukraynada fəaliyyətləri olan qida şirkətlərinin ciddi sıxıntıları var. Növbəti dövrlərdə Türkiyə- Azərbaycan əməkdaşlığı sayəsində daha böyük üstünlüklər olacaq”.

Xatırladaq ki, “MÜSİAD Azərbaycan” 2018-ci il tarixindən fəaliyyətə başlayıb. Hal-hazırda müxtəlif sahələrdən olan 60 üzvü ilə 4 000 nəfər işçiyə iş imkanı verməkdədir.

8 nəfərlik İdarə heyəti, 6 komitə və Karzı Hasen Fondu ilə fəaliyyətini davam etdirir.

İstinadlar Report