
“Rusiya Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü hiss edir”.
Bunu Ukraynanın daxili işlər naziri Vadim Denisenko bildirib.
“Fikrimcə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü Rusiya da hiss edir. Ona görə də onlar bizim əks-hücumun qarşısını almaq məqsədilə körpüləri partladır, xaotik şəkildə geri çəkilir”, – nazir vurğulayıb.