
Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib.
Qurultay əvvəlcədən müəyyənləşdirildiyi kimi, oktyabrın 12-də deyil, 13-də baş tutacaq.
Bu barədə Müsavat Partiyasının başqanı – başqanlığa namizəd Arif Hacılı məlumat verib.
Qeyd edək ki, partiyanın qurultayı Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında keçiriləcək.