Müsavat Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

Bu barədə Müsavat Partiyası Məclisinin bu gün keçirilən növbədənkənar sessiyasında müzakirələr keçirilib. Məclis Partiyanın seçkilərdə iştirakına qərar verib.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

İstinadlar Qafqazinfo