Azərbaycanda Əmək Məcəlləsi beynəlxalq tələb və standartlara, müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir.

Bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində son illərdə ölkə üzrə minimum əmək haqqı 2,7 dəfə, orta əmək haqqı 71 %, qeyri-formal məşğulluqla mübarizə çərçivəsində isə əmək müqavilələrinin sayı 38 % və ya 500 min ədəd artıb. Əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını və 1 Protokolunu ratifikasiya edib”, – deyə o qeyd edib.

İstinadlar Report