
Məşhur türkiyəli pop ulduz Murat Boz və sevglisi aktrisa Aslı Enver evlənir.
AZƏRBAYCAN24 Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük bu ilin iyun ayının ilk həftəsində nikah masasına oturacaq.
Cütlük birlikdə olduqlarını 1,5 ay bundan əvvəl sosial şəbəkədə elan etmişdi. Qısa zaman ərzində Yeniköydə ev tutan cütlük 100 min lirə xərcləyib. Aslı Enver də sevgilisinin yanına 1 həftə əvvəl köçüb.
Qeyd edək ki, Aslı Enver 3 il evli qaldığı aktyor Birhan Sokullu ilə keçən ilin avqust ayında boşanmışdı. Murat Boz isə 8 il birlikdə olduğu Eliz Sakuçoğlu ilə 2008-ci ildə Almaniyada nikah masasına oturmuş, 2012-ci ildə isə boşanmışdı.