Xalq artisti Murad Dadaşov ağır xəstəliyə düçar olub.

 

O, ilk dəfə bu barədə bir neçə gün əvvəl Murad Arifin proqramında danışıb:

“Xroniki yuxusuzluqdan əziyyət çəkirəm. Son 2 ildə Apnoe adlı xəstəliyə düçar olmuşam. Fizioloji xəstəlikdir. Çox ciddi xəstəlikdir, insan yuxuda keçinə bilər. Xortumlu bir cihaz var, onu taxmasam yata bilmərəm. Artıq bir müddətdir cihazla yatıram. Həkimdən soruşuram ki, mən bunu neçə il taxmalıyam. Deyir ki, 6-7 il. Dedim ki, necə?! 6-7 il bununla yatmalıyam?! O, mənə bir cavab verdi: “Siz niyə fikirləşirsiz ki, 6-7 il yaşayacaqsız?” Düşünün ki, bu dərəcədə. Sanki başıma qaynar su tökdülər”.

QEYD: Apnoe yuxuda tənəffüsün bir dəqiqədən artıq dayanması kimi tanınır. Yuxuda tənəffüs ani olaraq bir müddət durur, xəstə böyük çətinliklə nəfəs almağa çalışır.

Həmin hissəni videonun 8-ci dəqiqəsindən izləyə bilərsiz.