İki yaşlı qız və onun anası Münxendə bir qrup insanın üzərinə avtomobilin sürülməsi nəticəsində aldıqları xəsarətlərdən keçiniblər.
Bu barədə Bavariya cinayət işləri idarəsi məlumat yayıb.
Qeyd edək ki, fevralın 13-də Əfqanıstan mənşəli 26 yaşlı sürücünün idarə etdiyi “MINI” markalı avtomobil Münxen Təhlükəsizlik Konfransının keçirildiyi yerdən 8 dəqiqəlik məsafədə olan insan kütləsinə çırpılıb. Son məlumatlara görə, xəsarət alanların sayı 36 nəfər olub.
Şənbə günü faciə yerini Almaniyanın Kansleri Olaf Şolts ziyarət edib. O bildirib ki, “belə bir şey törədən şəxs ən sərt şəkildə cəzalandırılmalı və əlbəttə ki, ölkədə qalmaq hüququ yoxdursa, cəzasını çəkdikdən sonra ölkəni tərk etməlidir”.