“Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan gərginliyə artıq son qoyulmalıdır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Beynəlxalq Dəniz Qanunu və Şərqi Aralıq dənizi Simpoziumunda çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək:

“”Minsk üçlüsü” adlandırılan ABŞ-Rusiya-Fransa bu günə qədər təxminən 30 ildir bu problemi həll etməyib. Adətən bu məsələni həll etməmək üçün də əllərindən gələni ediblər. İndi isə ağıl verirlər. Zamanla təhdid də edirlər. Axı niyə? “Türk əsgəri orada varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındır. 1 milyona yaxın insan torpaqlarından didərgin salınıb”.