“Münaqişə illər boyu hər iki tərəfə çətinliklər gətirib”.

Bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə Baş müşaviri Filip Riker ölkəmizə səfəri zamanı deyib.

O, Azərbaycan və Ermənistan arasında bağlana biləcək sülh danışıqlarına aydınlıq gətirib:

“Azərbaycana gəldiyimdə Cənubi Qafqaz üçün imkanların artdığını müşahidə edirən. Hazırda Bakıdayam, buradan da Tbilisi və İrəvana səfər edəcəyəm.

Bilirik ki, sülh prosesi asan deyil. Münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin ümid də var. Dinc gələcək üçün olan bir ümid. İnanıram ki, sülh danışıqları zamanı əldə edilən  nəticə saxlanıla biləcək və bu, gələcəyin təminatı üçün tarixin yeni səhifəsini aça bilər. Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə Baş müşaviri Filip Riker  bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

İstinadlar Qafqazinfo