
ABŞ Amerika gəmilərinin Panama kanalından rüsum ödəmədən keçə biləcəyini iddia edərək yalan iddialar və uydurmalar irəli sürür.
Bunu Panama Prezidenti Xose Raul Mulino deyib.
O, ABŞ və Panama arasında yalan və saxtakarlığa əsaslanan münasibətlərin idarə edilməsinə bu cür yanaşmanı qəti şəkildə rədd etdiyini bildirib.
“Onlar niyə yalana əsaslanaraq prezidentin göstərişi ilə ABŞ-nin xarici siyasətini aparan təşkilatın adından mühüm institusional bəyanat verirlər? Dövlət Departamentinin bu bəyanatı qəbuledilməzdir”, – Mulino söyləyib.