“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə danışıb. 

“İki ölkə arasında eskalasiya və müharibəni unudun”, – deyə Paşinyan çıxışı zamanı çağırış edib. 

Ermənistanın Baş naziri vurğulayıb ki, Ermənistan hökuməti bu məntiqə zidd bəyanatlar verməyəcək və addımlar atmayacaq.