
Suriya hökuməti ölkənin bütün ərazisində, o cümlədən İdlibdə nəzarəti bərpa etmək istəyir.
Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.
Suriya liderinin sözlərinə görə, bunu hərb yolu ilə etmək lazım gələcək, çünki bir sıra ərazilərdə hökumət terror qruplaşmaları ilə mübarizə aparır.
“Müharibədən pis heç nə yoxdur. Düşünürəm ki, bununla bütün suriyalılar razılaşar. Ancaq hərdən heç bir başqa variant qalmır”, – Əsəd bildirib.
Xatırladaq ki, İdlibə Türkiyə və Rusiya ordusu birlikdə nəzarət edir.