“Vətən müharibəsi iştirakçıları “Müharibə veteranı” adını və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü yanvar ayı ərzində ala biləcəklər. Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov REAL TV-yə aılamasında deyib.

O bildirib ki, vətəndaşlara sosial dəstəyin verilməsi istiqamətində atılan addımlar Vətən müharibəsində iştirak edən vəzifəsindən və orada gördüyü işlərdən asılı olmayaraq, bütün iştirakçıları əhatə edəcək.

İstinadlar Qafqazinfo