Polşada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda vətəndaşların orduda xidmətə marağı artıb.

Müdafiə naziri Mariuş Blaşşak 2022-ci ildə ölkənin Silahlı Qüvvələrinin 13 742 yeni ərizəçi qəbul etdiyini açıqlayıb.

Bildirilib ki, bu göstərici 2008-ci ildə Polşada məcburi hərbi xidmətin ləğvindən bəri rekord göstəricidir

M. Blaşşakın sözlərinə görə, 2023-cü ilin əvvəlinə Polşa Silahlı Qüvvələrində 164 min əsgər, o cümlədən 36 mini könüllü ərazi müdafiə birləşmələrinin üzvü var.

İstinadlar Report