Gəncə şəhərində teatr binasında bədbəxt hadisə baş verib.

Azərbaycan Dövlət Dram Teatrında mühafizəçi işləyən 1998-ci il təvəllüdlü, Gədəbəy rayon sakini Cəsur Mahmudov yıxılıb.

O, mühafizəçi işlədiyi və hazırda təmiri gedən teatrın şaxtasına düşərək xəsarət alıb.

Araşdırma aparılır.

İstinadlar Qafqazinfo