Polis əməkdaşları qanvermə aksiyasına qoşulub.

Daxili İşlər Nazirliyiin Mətbuat Xidmətindən verilən məlumata görə,  Baş Mühafizə İdarəsi Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları “Qan ver, yaşat!” aksiyasında iştirak ediblər.

Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil edilən aksiyada idarənin şəxsi heyəti, o cümlədən mülki mühafizə xidmətinin əməkdaşları fəal iştirak ediblər.

Baş Mühafizə İdarəsinin təşkilatçılığı ilə may ayından başlayan aksiyada 270 əməkdaş qan verib.

İstinadlar Qafqazinfo