
Müğənni-bəstəkar Ramal İsrafilov yeni albomunu təqdim edib.
Sənətçi bununla Azərbaycanda bir yeniliyə imza atdığını bildirib. O, dijital albom hazırlayıb. Belə ki, R.İsrafilovun yeni albomundakı mahnıları “Youtube” kanalına yerləşdirilib və internetdə bəzi platformalarda yayımlanır.
2012-ci ildən hazırlanan və indi təqdim edilən dijital albomdakı bütün mahnıların aranjimanı türkiyəli Nurullah Cacana məxsusdur. “Hits on air music”də hazırlanan albomda müğənninin bir neçə mahnıları yerləşdirilib.