“Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqə başa çatmaqdadır”.

Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, bu prosesin böyük bir hissəsi artıq yekunlaşıb:

“1800-dən bir az çox müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Biz, eyni zamanda, yay ərzində müəllimlərin işə qəbulu müsabiqəsini də keçirməyi düşünürük.

Bildiyiniz kimi, ötən ildən müəllimlərin işə qəbulu imtahanını yalnız Bakıda deyil, həm də bölgələrdə təşkil edirik. Bu il də bu təcrübədən yararlanacağıq.

13 imtahan mərkəzində olmaqla, bu imtahanlar 12 bölgədə keçiriləcək. Bu ərazilər Bakı, Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Masallı, Şirvan, Kürdəmir, Ağcabədi, Quba, Şamaxı və Balakəndir”.

İstinadlar Qafqazinfo