Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbukda bildirib. O, qeyd edib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər.

İstinadlar Qafqazinfo