Bakı Ağır Cinayətlər Məhkəməsində müəlliməni şantaj edərək pul almaqda təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın məhkəməsi başlayıb. 

Hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 15-də davam etdiriləcək.

İttihama görə, 2018-ci ilin mart ayın Y.Zalov tanışı S.Hümbətovanın vasitəsilə Bakıda məktəblərin birində müəllim işləyən qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5100 manat alıb. Bir neçə gün sonra növbəti dəfə 500 manat alarkən saxlanılıb.

İstinadlar Qafqazinfo