Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində intihar hadisəsi baş verib.

Məlumata görə, dünən saat 08 radələrində Kamallı kənd sakini Faiq Həsənova məxsus fermada çoban işləyən Bakı sakini 1977-ci il təvəllüdlü Nikolay Mixayiloviç Lanşov özünü güllələyib.

O, baş nahiyəsinə tüfəngdən atəş açaraq həyatına son qoyub.

Hadisə yerindən F.Həsənova məxsus müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

İstinadlar Qafqazinfo