
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6 421 milyon manatdan 7 126,35 milyon manata çatdırılması nəzərdə tutulub.
Bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manatdan (11,0 faiz) çox artırılır.