AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
  • Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi
  • Britaniyada nazir vergi qalmaqalına görə vəzifəsindən azad edilib
  • Şəki sakini Qaxda intihar edib
  • Bakıda tanınmış şəxsin vəzifəli oğlu intihar etdi
  • İsveç Türkiyə ilə NATO danışıqlarında fasilənin nə qədər davam edəcəyini bilmir
  • Somalidə terrorçular naziri öldürüb
  • Vüqar Əhmədov İsmayıllıda vətəndaşları qəbul edəcək
  • NATO baş katibinin Cənubi Koreyaya səfəri başlayıb
  • Qubada 2 nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar
  • NATO baş katibinin Cənubi Koreyaya səfəri başlayıb
  • Sonun başlanğıcı – Axırını tezləşdirən Tehran rejimi
  • Cinayətkarı zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı – Fotosu
  • Baş nazirin sabiq müavini vəfat etdi
  • Pakistanda avtobus yanıb, 41 sərnişin ölüb
  • “Taliban”dan qızlara növbəti əcaib qadağa
  • Sülhməramlıların üç avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb
  • Mağazanın damını sökərək oğurluq edən şəxs tutulub
  • Masallıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 18 nəfər saxlanılıb
  • Soyuq havaya baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir
  • KİV: “Cənubi Koreya əsgəri Şimali Koreya ilə sərhəd yaxınlığında səhvən atəş açıb”
  • Merilenddə atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb
  • Meksikada naməlum şəxslər barın qonaqları və işçilərinə atəş açıb, ölənlər var
  • “Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO
  • Müharibə fonunda Polşada hərbi xidmətə maraq artıb
  • Almaniya HIMARS istehsalına başlamağı planlaşdırır
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
29/01/2023 15:04
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO
29/01/2023 06:59
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
28/01/2023 10:47
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
28/01/2023 10:30
“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
28/01/2023 09:32
İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO
27/01/2023 23:09
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
27/01/2023 21:31
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
27/01/2023 20:23
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
27/01/2023 18:04
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO
27/01/2023 15:40
“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video
27/01/2023 13:47
Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video
26/01/2023 21:20
Daha 34 qazi polisdə işə qəbul edildi
26/01/2023 15:30
Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video
25/01/2023 22:52
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video
25/01/2023 18:04
“Azərsu” xəbərdarlıq etdi – Video
25/01/2023 16:44
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO
25/01/2023 15:20

Video xəbərlər

  • Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO
  • “İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video
  • Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir
  • Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video
  • 18 ildir kişi kimi yaşayır… – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

01/02/2023
10:29 İrlandiya parlamentinin komitə sədri: “Azərbaycanın İrandakı səfirliyinə hücum qəti şəkildə pislənməlidir”
10:23 “Azəristiliktəchizat”ın rəhbəri Ağcabədidə vətəndaşları qəbul edəcək
10:20 Ukrayna ordusu Rusiyanın daha 920 hərbçisini məhv edib
10:11 Xankəndidən Laçın istiqamətinə sülhməramlıların daha 3 avtomobili maneəsiz keçib
10:10 Nazirlik: “Göygöldə mebel mağazasındakı yanğın qəsdlə törədilib”
10:07 Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri: “Qarşıda bizi daha ağır döyüşlər gözləyir”
10:05 Azərbaycan pilotları “Qış təlimi – 2023” təlimlərində şərti düşmən hədəflərini məhv ediblər
09:56 FED və “OPEC+” iclasları öncəsi neft cüzi bahalaşıb
09:55 Yeni il Bayramı günü itkin düşən kişi axtarılır
09:53 Naxçıvanda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
09:44 Elnur Hidətoğlu vəzifəsindən ayrıldı
09:41 Həbsdə olan narkotik aludəçisi öldü
09:35 17 yaşlı oğlan anasını köməyə çağırıb vəfat etdi…
09:29 Qusarda 53 yaşlı kişi bir aydır itkin düşüb
09:26 Dələduzluq etməkdə təqsirləndirilən qadının istintaqı başa çatıb
09:08 Sumqayıtda avtomobil qadını vuraraq öldürüb
09:05 İran rəsmisi Ukraynanı raketlərlə hədələyib
09:01 Balakəndə narkotacirdə snayper tüfəngi aşkarlanıb
08:55 İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
08:53 Hazırda Bakının bu yollarında tıxac var – Siyahı
08:38 Bu gün məktəblərdə qış tətili başa çatdı
08:29 Azərbaycan nefti ucuzlaşmaqda davam edir
08:26 Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir
07:41 KİV: “Ukraynaya 1 dollara zərbə dronu təklif olunur, lakin çatdırılması 10 milyon dollara başa gələcək”
07:02 Yasamalda motosikletçini avtomobil vurub
06:50 Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı açıqlama verib
06:17 Polis idarəsinə 100 dəfə şikayətə getdi – Həbs olundu
05:47 İsmayıllıda yol qəzası olub, xəsarət alan var
04:56 Binəqədidə avtomobil piyadanı vuraraq ayağını sındırıb
04:29 Martin Qriffits: “Taliban”ın əfqan qadınlarına qoyduğu qadağalardan çox narahatıq”
04:11 Bu ölkə ötən il turizmdən rekord gəlir əldə edib
03:50 KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
03:14 Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun səfirlər səviyyəsində görüşü keçirilib
02:35 Bakıda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
02:08 Sağlam yaşamaq üçün günə bir dilim pendir…
02:06 Kəlbəcərdə avtomobil çaya aşıb, ölən və yaralananlar var
01:49 Göygöldə mebel mağazası yanır
01:47 XİN Ədalət Məhkəməsi ilə bağlı məlumat yaydı
01:32 İşğal altındakı Mariupolda partlayışlar olub
00:47 “Ermənistan səhvlərindən dərs çıxarmalıdır”
00:41 Braziliyanın sabiq prezidenti altı aylıq viza üçün ABŞ-yə müraciət edib
00:17 Rusiyada 5 nəfər dəm qazından zəhərlənərək ölüb
31/01/2023
23:59 Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb
23:29 BMT Ukraynadakı bütün tərəfləri atəşkəsə çağırıb
23:23 Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi
23:14 Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək
22:56 Bıçaqlanan azarkeşin durumu açıqlandı
22:50 Fransa Ukraynaya 12 “Sezar” özüyeriyən artilleriya qurğusu tədarük edəcək
22:29 Nazir: “Laçın yolundan sui-istifadənin dayandırılması barədə tələblər hələ də yerinə yetirilməyib”
22:23 Ərdoğan hansı seriallara baxdığını açıqladı
22:14 Quql mətni musiqiyə çevirən proqram hazırlayıb
22:05 Parisdə 500 minə yaxın insan pensiya islahatına qarşı etiraz aksiyası keçirir
21:50 BMT Azərbaycan və Ermənistanı bölgədə təhlükəsizliyi təmin etməyə çağırıb
21:38 Xankəndi-Laçın yolunda aksiya dumanlı və soyuq havada da davam edir, etirazçıların tələbləri dəyişməzdir
21:26 Ötən il aliment tələbləri üzrə 100 milyon manat ödətdirilib
21:19 ABŞ dövlət katibi İsrail hökuməti ilə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə edib
21:17 Moskva Azərbaycan və Ermənistan XİN-ləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqları düzənləməyə hazırdır
21:10 Bu universitetin dekanı saxlanıldı
21:08 Azərbaycanda nikah və doğum sayı 10 faizədək artıb
20:50 Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 29/01/2023 15:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Multimedia 29/01/2023 06:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin xanımı Kəmalə Allahyarova bir neçə ay əvvəl Şahin Allahyarovun şəhadətə qovuşduğu Şuşanı ziyarət edib.

“Qafqazinfo” şəhidin xanımının Şuşa təəssüratları ilə bağlı yazısını təqdim edir.

Son bir ildə dəfələrlə Şuşaya getməyi arzulamışdım. Amma həm də, tərəddüd edirdim. Öz-özümə suallar verirdim: Görəsən, o müqəddəs məkana getməyə hazırammı? 

Bir anlıq gözümü yumub özümü hələ yalnız televizorda, internetdəki videolarda gördüyüm sıldırım qayaların zirvəsində, Cıdır düzündə, İsa bulağında təsəvvür edirdim. Ürəyim əsirdi, gözlərim dolurdu, qəribə bir həyəcan basırdı məni. 

Şuşa mənim üçün təkcə Zəfər tariximiz, Qarabağın incisi, müqəddəs torpaq deyildi. Şuşanı mənim üçün daha da müqəddəsləşdirən şəhidimin – həyat yoldaşım Şahin Allahyarovun son döyüş ünvanı, son nəfəsini verdiyi yer, şəhadətə qovuşduğu məkan olması idi. Yüzlərlə qəhrəmanımız, şəhidimiz kimi, mənim Şahinimin də qanı bu müqəddəs torpağa tökülmüşdü.

Elə bilirdim, Şuşaya ayaq basanda Şahinin ruhu məni qarşılayacaq, məni salamlayacaq. Bunları xəyal etdikcə, daha çox duyğulanırdım, daha çox həyəcanlanırdım. 

Oxumağa dəyər:   Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana çağırış edib

Aradan keçən uzun zamandan sonra nəhayət cəsarətimi toplayıb, Şuşaya gedəcəyimə qərar verdim. Gün təyin olundu və bizim Bakıdan yola düşməyimiz üçün məkan seçildi. Bu məkandan Şuşaya yola düşənlərin hamısını birləşdirən də Şuşa idi. Müqəddəs məkana üz tutanlar şəhid ailələri, həm də əzizini bu müqəddəs şəhər uğrunda gedən döyüşlərdə şəhid vermiş ailələr idi. 

Kimisi övladını, kimisi qardaşını, kimisi də həyat yoldaşını şəhid vermişdi. Bu gün biz hamımız bu doğma və müqəddəs məkana əziz şəhidlərimizin ruhunu salamlamağa gedirdik. Onların necə bir yerdə döyüşdüklərini, qəhrəmanlıqlarını, şəhadətə qovuşma anlarını görməyə, hiss etməyə gedirdik.

Biz həyəcanlandıqca, sanki zaman keçmək bilmirdi. 

İşğaldan azad olunmuş, ermənilərin viran qoyduğu torpaqlara daxil olduqca, Şuşaya yaxınlaşdıqca həyəcanım artırdı. Dağlı, dərəli, piyada keçilməsi çox çətin olan bu torpaqları gördükcə, dəhşətə gəlirdim. Bizim saatlardır maşınla getdiyimiz və bitməyən bu əraziləri bizim əzizlərimiz necə gəlmişdilər? Günlərlə ac-susuz, yorğun amma bir an belə dayanmadan, güllələrin altında hər an ölə biləcəklərini gözə alaraq, bir addım belə geriyə atmadan bu çətin relyefli əraziləri necə keçmişdilər? 

Bu oğullar necə böyük bir sevgiylə bu Vətəni sevirmişlər, İlahi! Hər qarışına şəhidlərimizin qanı tökülmüş, hər qarışı can, qan bahasına azad olunan bu torpaqlardan keçdikcə, Şahinin böyük Vətən sevgisini daha dərindən anlamağa çalışıram və ona, şəhidimlə birgə bu torpaqlarda canından keçmiş igidlərimizə heyranlığım daha da artır. Gözlərimi yumub bir anlıq burada gedən qanlı döyüşləri xəyal etməyə çalışıram, xəyal etdiklərim belə məni dəhşətə gətirir, tez gözlərimi açıram.

Oxumağa dəyər:   Meksikada naməlum şəxslər barın qonaqları və işçilərinə atəş açıb, ölənlər var

Bələdçi elan edir: Şuşaya yaxınlaşırıq! Həyəcanım bir qədər də artır, gözlərim dolur. Qızğın döyüşlər vaxtı Şahinin bir telefon zəngində dediyi sözlər yadıma düşür: “Qalib gələk, müharibə qurtarsın, səni Şuşaya gəzməyə gətirəcəm!”. 

Hıçqırtı məni boğur, hönkürmək istəyirəm, birtəhər özümü sakitləşdirirəm. Şuşaya daxil oluruq – 30 il həsrəti ilə yanıb-yaxıldığımız, şəninə mahnılar, dastanlar yazılan, sıldırım qayaları adamı vahimələndirən, yaşıl meşələri göz oxşayan müqəddəs şəhərə. Mənfur düşmən nə qədər darmadağın etsə də, Şuşa mahnılarda, şeirlərdə deyildiyi kimi gözəldir, əzəmətlidir, vüqarlıdır. 

Öz müdrikliyindən bircə damcı da əksiltməyib, şəhid qanı daha da müqəddəsləşdirib bu gözəl diyarı. Qarabağın gözü, Azərbaycanın Cənnət diyarı Şuşa! Hər zaman kitablardan oxuduğum Şuşanı artıq canlı-canlı görürdüm. İşğal olunduğu tarix mənim yaşımdan belə böyükdür. 

Avtobus Şuşanın dolambaclı, əsrarəngiz küçələrini keçərək, bizi əvvəldən müəyyən edilən əraziyə doğru aparır. Avtobusun pəncərəsindən baxdıqca, hər küçədə, hər evin qapısında müharibənin izləri görünür. Burda döyüşən Azərbaycan oğulları öz izlərini, imzalarını qoyublar. Adlar, rayon adları, müxtəlif rəmzlər hamısı qanlı döyüşlərdən bir xatirədir, hamısı bir qəhrəmanlıq dastanıdır. Düşünürəm, görəsən bu yazını yazanlar sağdırmı, yoxsa onlar da Şahin kimi son nəfəslərini bu torpaqda verib. Yenə hönkürürəm və pıçıldayıram: “Şahin, mən gəlmişəm, sən gətirməsən də, özüm gəldim. Bəs, sən özün hardasan, görmürəm axı səni??”.

Oxumağa dəyər:   Bakıda tanınmış şəxsin vəzifəli oğlu intihar etdi

Avtobus dağların üzük qaşı kimi dövrəyə aldığı Cıdır düzünə yaxınlaşır. Burada bizi üçrəngli müqəddəs şanlı bayrağımız və bayrağın keşiyində dayanan igid Azərbaycan əsgəri qarşılayır. Mənzərə o qədər əzəmətlidir ki, hamımız heyrətdən donub qalırıq. 

Artıq burdayam-həyat yoldaşımı şəhid verdiyim yerdəyəm. Aylardır arzuladığım və böyük ümidlərlə gəldiyim yer. Qəribə hisslər keçirirəm- ən böyük arzusuna çatmış adam kimi sevincliyəm, son ümidini itirmiş adam kimi kədərliyəm. Bir an mənə elə gəldi ki, Şahin Şuşanın səmasından mənə baxır, üzündə də bir sevinc, hüzur var. Sanki mənim də ürəyimə bir rahatlıq gəldi, sakitləşdim.

Sən mənim üçün, balaların üçün, Vətənin üçün hər zaman yaşayacaqsan, Şahin! Mən bilirəm ki sən yenə də Vətənin keşiyindəsən. Bu dəfə səngərdə olmasan da, səmadan qoruyursan Vətənini!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Hadisə 28/01/2023 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Oxumağa dəyər:   Peruda avtobus uçurumdan aşıb, 25 nəfər ölüb

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Multimedia 28/01/2023 10:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Multimedia 28/01/2023 09:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.

TV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.

Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Multimedia 27/01/2023 23:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər  – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.

Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Multimedia 27/01/2023 21:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Tanınmış jurnalist Mirşahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.

Hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını qeyd edib.

“İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Multimedia 27/01/2023 20:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.

Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.

Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.

Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Oxumağa dəyər:   Goranboyda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Hadisə 27/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

“Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Hadisə 27/01/2023 15:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.

Oxumağa dəyər:   Bakıda tanınmış şəxsin vəzifəli oğlu intihar etdi

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Multimedia 27/01/2023 13:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. 

Xırdalan şəhərində yerləşən “Mormor” restoranında elektrik enerjisindən kənar istifadə halı ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb.

Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət gösətərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.

Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.

Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.
Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi “maqnit” vasitəsilə dövrədən kənarlaşdırılıb.
Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evdə sayğaca kənar müdaxilə edilib.

Oxumağa dəyər:   İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb

Digər neqativ hal Xətai rayonuda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur.

Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb.

“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır.
Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detaylı şəkildə öz təsdiqini tapır.

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Multimedia 26/01/2023 21:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.

Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.

Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.

Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.

Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o özü də dələduzların qurbanı olub.

Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirdi. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb sənəd imzalatdıranları.

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

Oxumağa dəyər:   İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb

Xezerxeber-az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Daha 34 qazi polisdə işə qəbul edildi

Multimedia 26/01/2023 15:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 25-də və 26-da Qəbələdə qəbul keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ” bildirilib ki, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan 104 vətəndaşın müraciəti dinlənilib. Nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində V.Eyvazov Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı ilə tanış olub.

Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verib.

Sonda general-polkovnik bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.






InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Multimedia 25/01/2023 22:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir neçə aydır tamamilə bağlanmış yol açılıb.

Söhbət Badamdar-20-ci sahə yolundan gedir.

Ərazidə avtomobillərin hərəkəti bərpa olunub. Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib.

Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür.

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Multimedia 25/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.

Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır.

Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur. Bu və digər maraqlı məqamları bilmək və nəticə çıxarmaq istəyiriksə, videoçarxa diqqət edək:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərsu” xəbərdarlıq etdi – Video

Multimedia 25/01/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Multimedia 25/01/2023 15:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ukraynanın “Ukraina seyças” televiziya kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi ilə bağlı material hazırlayıb.

Ukraynalı jurnalistin reportajında bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşür.

“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, – ukraynalı jurnalist vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər: “Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.

Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 29/01/2023 15:04

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 29/01/2023 06:59

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Read more
Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
Multimedia 26/01/2023 15:30

Daha 34 qazi polisdə işə qəbul edildi

Read more
Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
Multimedia 23/01/2023 10:59

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Read more
Multimedia 23/01/2023 09:29

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Read more
Multimedia 22/01/2023 12:44

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/01/2023 18:14

Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video

Read more
Hadisə 21/01/2023 13:53

Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO

Read more
Multimedia 21/01/2023 12:26

Polis Akademiyası kursant qəbulu elan etdi

Read more
Multimedia 20/01/2023 22:14

Moskva prospektinin adı dəyişdiriləcək? – Video

Read more
Multimedia 20/01/2023 02:59

Prezident Davosda panel iclasında iştirak etdi – Video +

Read more
Multimedia 20/01/2023 02:50

İlhamın qardaşı: “Qəbir də qazılmırdı, sanki torpaq da onların ölümünə heyifsilənirdi” – Video

Read more
Multimedia 19/01/2023 19:05

Prezidentin iştirakı ilə Davosda səmimi anlar – Video

Read more
Multimedia 19/01/2023 19:00

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı – Video

Read more
Multimedia 19/01/2023 18:38

Prezident Davosda panel iclasında iştirak edir – Canlı – VİDEO

Read more
Multimedia 19/01/2023 11:03

Bu MTK-ya məxsus binanın liftinin fəaliyyəti dayandırıldı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla