Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərimizdə öz mövqelərini daha da möhkəmləndirərək cənab Prezidentin rəhbərliyi ilə başlayan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərinə və Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.

Bu fikirlər Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrikində yer alıb.

“Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.

İstinadlar Report