Baş prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
Əmrə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
T. Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.