Xalq artisti Könül Xasıyeva bir müddət əvvəl boğazında şiş aşkarlandığını və müalicə üçün 254 min manata ehtiyacı olduğunu açıqlayıb. 

Xanəndə bunun üçün sosial şəbəkədə müraciət ünvanlayıb, sənət adamlarını işarələyərək, ona yardım etmələrini istəyib.

Xasıyeva onun çağırışına Əməkdar artist Yusif Mustafayevin reaksiya verdiyini açıqlayıb. O bildirib ki, müğənni ona müalicəsi üçün min dollar (1700 manat) göndərib.

Muğam ifaçısı həmçinin adını açıqlamadığı bir xanımın onun müalicəsi üçün böyük məbləğdə pul bağışladığını söyləyib:

“Sənətimi sevən hacı xanım 100 min manat pul göndərib. Sonsuz təşəkkür edirəm. Ümid edirəm ki, gec olmadan sənətimi sevən dəyərli dostlarım 155.000 azn üçün də dəstək olacaqlar”.

Könül Xasıyeva yardım üçün hesab nömrəsini də paylaşıb:

Qeyd edək ki, xanəndənin müalicəsi Almaniyada olacaq.