Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” Partiyası qalib olub.

Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Rəsmi məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın “Ermənistan” bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.