Özbəkistanda bu gün keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, seçki məntəqələri bağlanana qədər seçici fəallığı 80,8% təşkil edib.

Bu barədə MSK-nın sədri Zayniddin Nizamxocayev bildirib.

“Seçici fəallığını qeydə alan elektron sistemə görə, saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) 16 036 914 nəfər və ya ümumi siyahının 80,8%-i seçki məntəqələrinə gəlib”, – Nizamxocayev deyib.

Qeyd edək ki, səsvermə bu gün saat 08:00-da (Bakı vaxtı ilə saat 07:00-da) başlayıb və saat 20:00-a (Bakı vaxtı ilə 19:00) qədər davam edib. Seçkilər baş tutmuş elan olunur, seçici fəallığı tələb olunan 33%-i keçib.