Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bəzi seçki dairələrindən deputatlığa namizədlərin müraciətlərinə baxılıb.

Azərbaycan 24 xəbər verir ki, iclasda 88 saylı Göyçay, 46 saylı Şirvan, 51 saylı Qusar və 42 saylı Sumqayıt ikinci seçki dairələrindən edilmiş şikayətlərin baxılması üçün DSK-lara göndərilməsinə qərar verilib.

Sözügedən dairələrdə müvafiq sıralamaya uyğun olaraq Sabir Hacıyev, İltizam Yusifov, Azər Badamov və Tahir Mirkişili lider namizəddir.