Mozambik atmosferə zərərli maddələrin tullantılarını azaltdığı üçün Meşə Karbon Əməkdaşlığı Fonundan (“Forest Carbon Partnership”) pul alan ilk ölkə olub.

Bu barədə “Club of Mozambique” məlumat yayıb. Məlumata görə, söhbət təxminən 6,4 milyon ABŞ dollarından gedir.

Ölkənin hakimiyyət orqanları bu vəsaiti tullantıların səviyyəsinin monitorinqi haqqında rəsmi hesabatı təqdim etdikdən sonra alıb. Bundan başqa, Mozambikdə 2020-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər müstəqil yoxlama keçirilib. Ölkə 2019-cu ildən başlayaraq tullantıların miqdarını 1,28 milyon ton azaltmağa nail olub.

İstinadlar Report