Ötən gecə Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayonun Kosalar kənd sakini, 1991-ci il təvəllüdlü Mehdi Əlizadə Canallı kəndindəki avtoyuma məntəqəsində vəfat edib.

Belə ki, 31 yaşlı şəxs özünə məxsus avtomobili həmin kənddə Ragib Qurbanova məxsus avtoyuma məntəqəsində yumaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza

İstinadlar Qafqazinfo