“Biz Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik. Bundan da ən çox faydalanan Ermənistan və erməni xalqı olacaq. Çünki illərdir Ermənistan özünü təcrid edib, kənarlaşdırıb”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl baş tutmuş brifinqdə deyib.

“Ermənistanın öz səhvləri səbəbindən qonşuları ilə əlaqələri yaxşı olmayıb. Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar və bölgəyə sülh və sabitlik hakim olar. Əlbəttə, bu sülh və sabitlik şəraitində iqtisadi artım və rifah olacaq, vacib layihələr həyata keçiriləcək. Hazırda vacib layihələr – quru yollar, dəmir yolları, nəqliyyat, logistika, ticarət üzrə layihələr müzakirə olunur. Bir qədər öncə dediyim kimi, bundan ən çox Ermənistan faydalanacaq, hamımız faydalanacağıq”, – XİN başçısı əlavə edib.

İstinadlar Report