
“İsveçdəki təxribatların məqsədi bu dövlətin NATO-ya üzvlüyünə mane olmaqdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı Urmas Reinsalu ilə birlg keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, konkret olaraq kimisə ittiham etmək doğru olmaz: “Əsas məsələ odur ki, orada hələ də terrorçuların fəaliyyəti davam edir. Təxribatların arxasında kimin dayanması əhəmiyyətli deyil. Mühüm olan İsveçin oxşar təxribatların qarşısını almasıdır”.