“Birtərəfli şərtləri nə Ukrayna, nə də Rusiya qəbul edər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilk vaxtlardan vasitəçilik səylərini davam etdirir: “Taxıl sazişi”, Zaporojye AES-in təhlükəsizliyinin təmin olunması və s. buna misaldır: “Bunu Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində bacarmışıq. Ukraynada savaş davam edərkən həm də diplomatiya işləyir. Biz ilk vaxtdan Ukraynadakı müharibənin bitməsi üçün çalışırıq.

İstinadlar Report