Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının XXVIII iclasında iştirak edəcək.

Bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.

Bildirilib ki, toplantı dekabrın 2-3-də İsveçin paytaxtı Stokholmda keçiriləcək.

İclasda qurumun gündəliyindəki məsələlər müzakirə olunacaq.

İstinadlar Report