“ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa belə bir qərar (qondarma erməni soyqırımını nəzərdə tutur-red.) verməz”.

“Report” bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.

ABŞ prezidenti Cozef Baydenin qondarma erməni soyqrımını tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandıran XİN başçısı deyib: “ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. ABŞ kimi bir ölkə başqa ölkələrə bir çox xatırlatmalar edir. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal – tutaq ki qəbul etdi. Bir siyasətçinin belə bir ifadə işlətdiyi üçün vəziyyət dəyişmir. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”.

İstinadlar Report