Çinin “Lenovo” istehsalçısının tərkibinə daxil olan “Motorola” şirkəti “Moto G7” smartfonlar seriyasını təqdim edib. Seriyaya dörd model daxildir: əsas “G7” tutumlu batareyaya malik “G7 Power”, ən ucuz “G7 Play” və böyük ekranlı və qoşa kameralı “G7 Plus”.

Qiyməti 150-300 avro qiymətləndirilən qurğular “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və kameralı ekran və “USB-C” portu ilə təchiz edilib.

Ən bahalı (300 avro) “G7 Plus” modeli 6,2 düym diaqonallı (1080х2270 piksel) ekran, orta səviyyəli “Snapdragon 636” prosessoru (digərləri Snapdragon 632 çipinə malikdir), 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Arxa tərəfdə qoşa kamera (16 + 5 meqapiksel) və optik təsvir sabitləşdiricisi, öndə isə 8 meqapikselli kamera quraşdırılıb.

Qiyməti 50 avro ucuz olan standart “G7” modeli “Plus” versiyasından “Snapdragon 632” prosessoru, daha sadə qoşa kamera (12 + 5 meqapiksel) və 8 meqapikselli ön kamera ilə fərqlənir.

Oxumağa dəyər:   "Bu hadisə Azərbaycan-Çeçenistan dostluğunu daha da möhkəmlədəcək" - Fazil Mustafa

Qiyməti 210 avro təşkil edən “G7 Power” modeli eyni ekran (təsvir ölçüsü 720×1512 pikseldir) ölçüsünə, prosessor və ön kameraya malikdir, lakin kamera təkdir (12 meqapiksel), quraşdırılmış yaddaşın tutumu isə iki dəfə azdır (32 giqabayt). Buna baxmayaraq onun akkumulyator tutumu 5 milliamper/saata bərabərdir.

Seriyaya daxil olan ən ucuz “G7 Play” modelinin qiyməti 150 avrodur. Bu versiyanın ekranı 5,7 düym diaqonallıdır, arxada isə 13 meqapikselli tək kamera quraşdırılıb. Model 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.

İstinadlar ict news