“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu (“Moto E”, “Moto G Fast”) təqdim edib. Hər iki qurğu iyunun 12-dən etibarən ABŞ-da əlçatan olacaq.

“Moto G Fast” smartfonu “Snapdragon 665” çipi, 3 QB əməli yaddaş, 32 QB-lıq daşıyıcı ilə təchiz edilib. Displeyin təsvir ölçüsü 720p təşkil edir.

“Moto E” smartfonu 720p təsvir ölçülü 5,5 düymlük ekran, “Snapdragon 632” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. İkiqat kameraya (13 mp-lik əsas obyektiv və 2 mp-lik dərinlik sensoru) malikdir. Həmçinin “Moto E” aparatı 3550 milliamper/saat tutumunda batareya və qulaqlıqların qoşulması üçün 3,5 mm-lik audiokonnektorla təchiz edilib, enerji ilə doldurmaq üçün “microUSB” portundan istifadə olunur.

12 iyunda ABŞ-da satışa çıxarılacaq “Moto E6” smartfonunun dəyəri 149, “Moto G Fast”nin dəyəri 199 dollar təşkil edir.

İstinadlar ict news