“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.

“Moto G8 Power Lite” smartfonu 8 nüvəli “MediaTek Helio P35” prosessoru, 6,5 düymlük IPS ekran və 4 QB əməli yaddaşla təchiz edilib. Modelə quraşdırılmış daxili daşıyıcının tutumu 64 QB (“microSD” yaddaş kartının köməyi ilə 256 QB-dək artırmaq mümkündür) təşkil edir.

Smartfona quraşdırılmış 5000 milliamper/saat tutumlu akkumulyator musiqini dinləmək rejimində 100 saatadək, videonu izləmək rejimində isə 19 saatadək avtonom işləyir. Qurğu 16 mp-lik və sürətli fokuslama funksiyasına malik əsas sensor, makroçəkiliş üçün 2 mp-lik modul və 2 mp-lik dərinlik datçikindən ibarət üçqat əsas kamera ilə təchiz edilib.

İstinadlar ict news